8dccc833-f1d6-4948-882d-50ae93c8042f..jpg

Serbiyada qatar relsdən çıxdı: 50-dən çox insan zəhərləndi – VİDEO

Baxış sayı: 4. 289 dəfə baxılıb.

Serbiyada qatar relsdən çıxdı: 50-dən çox insan zəhərləndi – VİDEO

Serbiyanın cənub-şərqində ammonyak daşıyan qatar relsdən çıxıb. Qəza
ammonyakın sızmasına və böyük miqdarda qazın atmosferə buraxılmasına səbəb olub.

Bu barədə yerli hakimiyyət orqanlarından xəbər verilib.

Bildirilir ki, hadisə nəticəsində onlarla sakin zəhərlənib.

“Ammonyak sızması nəticəsində 51 zəhərlənmə hadisəsi qeydə alınıb. Yeddi nəfər
Nişdəki xəstəxanaya çatdırılıb”, – deyə Pirot şəhərinin meri Vladan Vaşiç
bildirib.

Yerli hökumət nümayəndələri sakinlərdən evlərini tərk etməməyi xahiş edir.

Mənbə: SkyNews


Source link