f96830b7-2763-4f50-8897-d736cc3fb8b6..jpg

Serdar Ortaçın qalmaqallı klipindən sonra yoxa çıxan qız illər sonra peyda oldu: Görənlər təəccübləndi – FOTO

Baxış sayı: 547 dəfə baxılıb.

Serdar Ortaçın qalmaqallı klipindən sonra yoxa çıxan qız illər sonra peyda
oldu: Görənlər təəccübləndi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli müğənni Serdar Ortaçın çox sevilən “Karabiberim” adlı
mahnısının klipində rol alan İlknur Soydaş illər sonra üzə çıxıb.

Hazırda 47 yaşı olan Soydaş keçirdiyi plastik əməliyyatla çox dəyişib və
görənləri heyran qoyub.

“İnstagram” hesabında paylaşdığı fotolara rəy bildirən izləyicilər onun gözəl
bədən quruluşuna sahib olduğunu deyiblər. “Sanki zaman onun üçün dayanıb”, –
deyə izləyicilər vurğulayıblar.

Qeyd edək ki, 90-cı illərə damğasını vuran klipdə Sertar Ortaçın göbəyindən
zeytun yediyi keçmiş model və aktrisa İlknur Soydaş “yoxa çıxmışdı”. İş adamı
Cem Pole ilə ailə quran model şou-biznesdən uzaqlaşmışdı.

İlknur Soydaş bununla bağlı verdiyi açıqlamada ancaq “Karabiber” ləqəbi ilə
tanındığına təəssüfləndiyini bildirib. “Mən “Karabiberim” mahnısının klipi ilə
var olmamışam. Bir çox serial və filmdə rol almışam. Amma həmişə Karabiber kimi
xatırlanıram”, – deyə təəssüfünü dilə gətirib.

“Rəsmən bu ad mənə yapışdırılıb. Səhv başa düşməyin, “Karabiberim” klipində
oynadığım üçün narahat deyiləm, amma bir çox başqa layihələrim var… Yeri
gəlmişkən, çəkilişlər üçün çox darıxmışam”, – deyə o əlavə edib.

İlknur Soydaş həmçinin etiraf edib ki, Serdar Ortaçı çox sevdiyi üçün klipdən
pul götürməyib.

Mənbə: Haber Global

Source link