2ae4cbb7-5461-4420-8e8a-fd1b2759d735..jpg

Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi: Məşhur mahnının ifaçısı ilə… – FOTO/VİDEO

Baxış sayı: 432 dəfə baxılıb.

Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi: Məşhur mahnının
ifaçısı ilə… – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli aktrisa Serenay Sarıkayanın bir müddətdir tanınmış müğənni
Mert Demirlə birlikdə olduğu xəbərləri yayılıb.

Cütlük bu yaxınlarda birlikdə getdikləri Milan tətilindən qayıtdıqları zaman
kameralara tuş gəliblər. Barələrində çıxan xəbərlərlə bağlı sualları cavabsız
qoyan, lakin sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkən sənətçilər
nəhayət, ötən gecə ilk dəfə bir məkandan çıxarkən əl-ələ görüntüləniblər.

Serenay Sarıkaya və Mert Demir jurnalistlərin suallarına cavab verməyiblər və
maşına minərək uzaqlaşıblar.

Qeyd edək ki, Mert Demir son zamanlar geniş dinləyici kütləsi yığan, tanınmış
“Antidepresan” mahnısının ifaçısıdır. Eyni zamanda onun ifasında “Ateşe
düştüm”, “Cehennemin dibi”, “Pusulam rüzgar, “İkimize birden”, “Acı veriyor”,
“Dön desem”, “Gözlerime bak” mahnıları da çox sevilir.

Mənbə: SABAH


Source link