Sergen Yalçın Şahruddinin baş məşqçisi ola bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Patrik Klyuverti istefaya göndərən Türkiyənin “Adana Demirspor” klubu baş
məşqçi axtarışlarını davam etdirir.
Super Liqa təmsilçisini çalışdırmağa ən real namizəd Sergen Yalçındır.
“Mavi şimşəklər”in rəhbərliyi dünən İstanbulda 51 yaşlı mütəxəssislə görüşüb.
Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.
Sergen Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb. O, məşqçilik karyerası
ərzində daha əvvəl “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”,
“Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor”da işləyib.
Qeyd edək ki. Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev
“Adana Demirspor”da çıxış edir.
Mənbə: Sabah