cd038065-cb4f-44ed-b83e-72cf30bc90f3..jpg

Sergey Lavrov: “SSRİ Baş Qərargahının xəritələri hansısa yolla Avropa İttifaqının əlinə keçib”

Baxış sayı: 581 dəfə baxılıb.

Sergey Lavrov: “SSRİ Baş Qərargahının xəritələri hansısa yolla Avropa
İttifaqının əlinə keçib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Razılaşmaya baxmayaraq, Moskva Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyası üzrə komissiyaların işinə dəvət edilmir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov 2023-cü ildə
ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.

“Biz öz xidmətlərimizi təklif etdik, üstəlik, tərəflər müqavilə imzaladılar
ki, delimitasiya komissiyası yaradırlar, orada Rusiya tərəfi məsləhətçi
qismində iştirak edəcək. Bizi oraya dəvət etmirlər”, – deyə o qeyd edib.

Nazir Avropa Şurasının rəhbəri Şarl Mişelin delimitasiya ilə Avropa
İttifaqının məşğul olacağı barədə bəyanatına diqqət çəkib və nə Ermənistan, nə
də Azərbaycanın Aİ-nin indiki çərçivəsində heç vaxt birliyin üzvü olmadığını
vurğulayıb.

“Ona görə də Avropa İttifaqının heç bir xəritəsi ola bilməz. Rusiyanın
xəritələri var və bu, tərəflər üçün münasib olsa da, sərhədi xaricdən
delimitasiya etmək istəyən Aİ və ABŞ-yə uyğun deyil. Hansısa yolla onların
əlinə SSRİ Baş Qərargahının xəritələri keçib. Ona görə də deyirlər ki, sizə
ruslar lazım deyil, xəritələr bizdə var. Bir az qəribə görünür, yetkin
insanlardırlar, amma “kim əsasdır” və “beynəlxalq arenada kim özünə əlavə xal
qazana bilər” oyunu oynayırlar”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin
rəhbəri vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

Source link