99167b41-3403-4df7-8b47-5946a2028df5..jpg

Sergey Markov: “Dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər”

Baxış sayı: 410 dəfə baxılıb.

Sergey Markov: “Dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi
ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçiriblər.

Cixisyolu.com-ın məlumatına görə, 20 nəfərlik heyət seçki prosesini izləyib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, seçki
tam şəffaf keçirilib:

“Fürsətdən istifadə edərək prezident seçkisində inamlı qələbəsinə görə İlham
Əliyevi təbrik edirəm. Biz əminik ki, bundan sonra da Azərbaycan və Rusiya
arasında əlaqələr davam edəcək”.

O qeyd edib ki, seçicilərin sıra növbəsini gözlədiklərini müşahidə ediblər:

“Seçicilərin belə yüksək səviyyədə iştirakı gözlənilən idi. Bu seçki ilk dəfə
bütün Azərbaycan ərazisini əhatə edib. Bilirsiniz, dünən seçicilər tək seçki
olduğuna görə gəlməmişdilər. Onlar İlham Əliyevi milli qəhrəman kimi qəbul edib
gəlmişdilər. Seçicilər İlham Əliyevin “Qarabağ Azərbaycandır!” deyimindən
istifadə edirdilər”.

İlhamə Əbülfət

Source link