33318460-95c3-40b6-8c38-a14ae0cdf8a5..jpg

Şeron Stoundan Kim Kardaşyana: “Beyin əməliyyatı da kifayət etməz”

Baxış sayı: 730 dəfə baxılıb.

Şeron Stoundan Kim Kardaşyana: “Beyin əməliyyatı da kifayət etməz”

Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın “American Horror Story” serialının
12-ci mövsümündə baş rola çəkilməsini kəskin tənqid edib.

O, erməni modelin bədənini mükəmməlləşdirmək üçün elətdirdiyi müxtəlif
əməliyyatlara işarə vuraraq, aktyorluq və istedad məsələsində bunun keçərli
olmadığını, hətta “beyinə cərrahi müdaxilənin” də kömək etməyəcəyini deyib.

“Qızıl Qlobus” laureatı olan amerikalı ulduz öz peşəsində uğur qazanmaq üçün
uzun illər təhsil aldığını xatırladıb.

“Bilirsiniz, aktyorluq… Bunun üçün beyin əməliyyatı da kifayət deyil, çünki
biz sənətimizə çox dəyər veririk. Öyrəndik, əziyyət çəkdik, həqiqətən də, buna
əhəmiyyət veririk. 10 min saat – bu az deyil”, – deyə Şeron Stoun əlavə edib.

Qeyd edək ki, layihə bu yay ekranlara gələcək. Lakin aktyorluq təhsili və
istedadı olmayan Kardaşyanın orada rol alması serialın fanatları və bir çox
Hollivud ulduzu tərəfindən tənqidlə qarşılanıb.

Mənbə: Star News

Source link