67b4d381-e034-40f1-848d-2485626a4e4d.jpg

Serxio Buskets və Lionel Messi birlikdə 602-ci oyununu keçirib

Baxış sayı: 223 dəfə baxılıb.

Serxio Buskets və Lionel Messi birlikdə karyeralarında 600-dən çox matç
keçiriblər.

Cixisyolu.com xəbər verir ki, ulduz futbolçular bu mərhələyə sentyabrın 29-da “İnter
Mayami” – “Şarlotta” matçında (1:1) çatıblar.

Lionel Messi və Serxio Buskets “Barselona”da 569 və “İnter Mayami”də 33 oyunda
meydana birlikdə çıxıb.

Bu cüt futbol tarixində bu göstəriciyə çatan üçüncü cüt olub.

Bunu ilk edənlər Almaniya millisinin və “Bavariya” klubunun sabiq futbolçuları
Gerd Müller ilə Sepp Mayer olublar. Onlar 611 oyunda çıxış ediblər.

Sonra onların rekordu Buskets və Cerar Pike tərəfindən qırılıb. İspaniya
millisində və “Barselona”da ümumilikdə 620 oyun keçirən futbolçular rekordu
yeniləyiblər.

Qeyd edək ki, Tomas Müller və Manuel Noyerin də tezliklə 600-lük hədəfə çatmaq
şansı var.

Xatırladaq ki, siyahıda yalnız yüksəksəviyyəli matçlar nəzərə alınıb. Hər iki
oyunçu meydanda olarsa (eyni vaxtda olması şərt deyil), matç cütün aktivinə
yazılır.

Source link