İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını Argentina
təmsilçisi “Boka Xuniors”da davam etdirə bilər.
Cixisyolu.com “Relevo”ya istinadən xəbər verir ki, 38 yaşlı ispaniyalı Argentina
klubuna qoşulmaq üçün danışıqlar aparır.
Serxio Ramos iyul ayında “Sevilya” klubu ilə müqaviləsi başa çatandan sonra
azad agentdir.
Qeyd edək ki, Serxio Ramos daha əvvəl PSJ və “Real Madrid” klublarında çıxış
edib. Təcrübəli futbolçu İspaniya millisində keçirdiyi 180 oyunda 23 qol vurub.