dc284382-b4fd-482d-bc3d-85ed2971dec6..jpg

SETA rəhbəri: “Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu konstruktivdir”

Baxış sayı: 633 dəfə baxılıb.

SETA rəhbəri: “Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu
konstruktivdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənubi Qafqazda siyasətin formalaşmasında Türkiyənin rolu konstruktivdir”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Siyasət, İqtisadiyyat
və Sosial Araşdırmalar Vəqfinin (SETA) sədri Burhaneddin Duran bildirib.

Ekspert deyib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
imzalanmasına böyük əhəmiyyət verir:

“Bu, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün vacib
addımdır. Çünki nəticədə bölgə ölkələrinin sabitliyə və iqtisadi əməkdaşlığa
nail olmaları hər birimizin xeyrinədir”.

B.Duran onu da vurğulayıb ki, Türkiyə digər ölkələrlə əməkdaşlığa, sabitliyə
və təhlükəsizliyə üstünlük verdiyi üçün diplomatik həll yollarında böyük
təcrübəyə malikdir:

“Bu mənada, Qarabağ məsələsi həll edildikdən sonra Qafqazla bağlı qarşımızda
çox önəmli bir fürsət var. Yəni Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan,
Rusiya və İranı birləşdirə biləcək ittifaqla iqtisadi inteqrasiyanın önünü
açmaq, Asiya ilə Avropanı birləşdirən və dünyaya nümunə olacaq birlik yaratmaq
mümkündür. Bu baxımdan, Zəngəzur dəhlizi kritik bir məsələdir. Türkiyə burada
konstruktiv rolu öz üzərinə götürmək gücündədir”.

Source link