88adf391-5411-4f8f-895d-a06adcc21ed0..jpg

Sevda Ələkbərzadədən Beynəlxalq Caz Gününə özəl albom

Baxış sayı: 853 dəfə baxılıb.

Sevda Ələkbərzadədən Beynəlxalq Caz Gününə özəl albom

Əməkdar artist Sevda Ələkbərzadə və Türkiyənin caz musiqiçisi, saksafon
ifaçısı Anıl Şallıel 30 aprel Beynəlxalq Caz Günü ərəfəsində birgə layihəni
təqdim ediblər.

“Excited” adlı albom Türkiyə etno-caz və Azərbaycan muğamlarını, milli,
klassik musiqi dalğasını özündə əks etdirir. Musiqi toplusu “Sony Müzik
Türkiye” etiketi ilə bütün rəqəmsal platformalarda yayımlanır.

Azərbaycanlı müğənninin səsyazması Bakıda İsmayıl Əsədov tərəfindən edilib.

Fotoqraf Orxan Aslanovun gerçəkləşdirdiyi foto çəkilişlərdə Sevda Ələkbərzadə
modelyer Rüfət İsmayıla məxsus geyimlərdə görünüb.

Xatırladaq ki, əməkdar artist 23 fevral tarixində Anıl Şallıellə birlikdə
İstanbulun məşhur konsert salonu “Grand Pera”da konsert proqramı ilə çıxış edib.

Source link