e8092f66-9ad4-426d-9e93-de3bd70b3c18..jpg

Sevda Abbasova: “Oğlumun uğrunda döyüşdüyü torpağımıza alnıaçıq, üzüağ qayıdırıq”

Baxış sayı: 429 dəfə baxılıb.

Sevda Abbasova: “Oğlumun uğrunda döyüşdüyü torpağımıza alnıaçıq, üzüağ
qayıdırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Laçından çıxdığımız günü xatırlamaq belə istəmirəm”.

Bu sözləri Cixisyolu.com-a bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Sevda
Abbasova deyib.

O bildirib ki, bu gün iki ailə olaraq Laçın şəhərinə köçün sevincini
yaşayırlar:

“Bu gün həm mən qızlarımla, həm də oğlumun ailəsi ilə Laçın şəhərinə köçün
sevincini yaşayırıq. Çox sevincliyik. Belə gözəl gündə Laçından çıxdığımız o
çətin günləri xatırlamaq istəmirəm. Laçından çıxanda oğlumu adyala büküb
çıxdım. Həmin oğlum 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatıldı,
medalla qayıtdı. Bu gün mənim də borcumdur ki, oğlumun uğrunda döyüşdüyü
torpağımıza alnıaçıq, üzüağ qayıdım. Bizə bu günləri yaşadan sərkərdəmiz İlham
Əliyevə, Ordumuza təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət rəhmət
eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün 20 ailə – 70 nəfər Laçın şəhərinə köç edir. Bu günədək
isə 295 ailənin – 1 135 nəfərin Laçın şəhərinə köçü təmin edilib.

Aytac Qasımova

Source link