Sevdiyi qızın anasını bıçaqlayan şəxs həbs edildi

Sevdiyi qızın anasını bıçaqlayan şəxs həbs edildi

Baxış sayı: 2. 832 dəfə baxılıb.

Sevdiyi qızın anasını bıçaqlayan şəxs həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Ə.Səmədov qeyri-rəsmi münasibətdə olduğu Aytac Məmmədlinin anası Rübabə Məmmədovanı bıçaqlayıb.

Belə ki, Rübabə Məmmədova qızının Əlibrahim Səmədovla münasibətinə etiraz edib. Hadisə günü Əlibrahim işdən çıxan Aytacı qarşılamağa gedib. Bu zaman Aytacın anası ilə rastlaşıb və aralarında mübahisə yaranıb. Ə.Səmədov cibində olan mətbəx bıçağı ilə R.Məmmədovanı bıçaqlayıb. 

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub. 

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə.Səmədov beş il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə iclas zalında həbs olunub.