Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkim işdən qovuldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda həyat yoldaşı tərəfindən iş yerində sevgilisi ilə birlikdə tutulan
həkim İbrahim Əsədli işlədiyi klinikadan qovulub.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, uzun müddət “Loğmed” Klinikasında
çalışan onkoloq-həkim iş yerində sevgilisi ilə tutulandan sonra işdən
uzaqlaşdırılıb. Klinika rəhbərliyi dərhal İ.Əsədlini işdən azad edib və
klinikadan kənarlaşdırıb.
“Loğmed” Klinikasından Metbuat.az-a faktı təsdiqləyiblər. Bildiriblər ki, iki
həftədən artıqdır ki, İbrahim Əsədli “Loğmed” Klinikasının işçisi deyil.
Hadisədən sonra həkim tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, fevralın 27-də tanınmış həkim-onkoloq İbrahim Əsədlinin
sevgilisi olduğu bildirilən A.Sultanova həkimin həyat yoldaşı Aynur Əsədlini
döyüb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasında baş
verib.
Həmin klinikada işləyən İbrahim Əsədli sevgilisi Aynur Sultanova ilə iş
otağında olarkən həyat yoldaşı Aynur Əsədli həkimin otağına gəlib. Bu vaxt
A.Əsədli ilə həyat yoldaşı İ.Əsədli arasında mübahisə yaranıb. Mübahisə
“Loğmed” klinikasının həyətində də davam edib. İ.Əsədli qeyri-rəsmi münasibətdə
olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisə nəticəsində İ.Əsədli həyat yoldaşını tutub, sevgilisi A.Sultanova isə
Aynur Əsədliyə xəsarət yetirib. Zərərçəkmiş A.Əsədli Nizami Rayon Polis
İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə
ekspertiza təyin olunub.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan, İ.Əsədlinin həyat yoldaşı Aynur
Əsədli də həkimdir.