ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.
“Lenta.ru” xəbər verir ki, hadisə Tanzaniyada baş verir.
ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.
“Facebook”da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.
Bununla belə, onun hansı anda boğulduğu görüntülənməyib.