Sevgilisinin anası ilə yatıb, sonra baltalayan şəxsə hökm oxunub

Sevgilisinin anası ilə yatıb, sonra baltalayan şəxsə hökm oxunub

Baxış sayı: 5. 659 dəfə baxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, ötən il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində Samir Hacıəliyev 47 yaşlı Gülnaz Sultanovaya balta ilə ağır xəsarətlər yetirərək, onu xüsusi amansızlıqla qətlə yetirib.

Hadisədən sonra o, Xaçmaz RPŞ-nə gedərək təslim olub və törətdiyi əməli etiraf edib.

Araşdırma zamanı məlum olub ki, Samir Hacıəliyevin Gülnaz Sultanovanın qızı Reyhan Feyzullayeva ilə sevgi münasibətləri olub. 2014-cü ildən Hacıəliyev daima onların evində olub, bir müddətdən sonra isə sevdiyi qızın anası ilə intim münasibətdə olmağa başlayıb.

Hadisə baş verən gün Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Qadın onun ünvanına nalayiq ifadələr işlətməklə, təhqir edib.

Nəticədə Samir həyətdə odun doğramaq üçün saxlanılan balta ilə Gülnaza ağır xəsarətlər yetirib. 

Məhkəmə prosesində mərhumun qızı Reyhan Feyzullayeva bildirib ki, son 4 il ərzində anası ilə Samir Hacıəliyevin yaxın münasibətləri olub:

“Məni sevə-sevə anamla da münasibət saxlayırmış. Buna görə xəcalət çəkirəm. Maraqlandım, mənə dedilər ki, onların münasibəti var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur, amma inanmadım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, S.Hacıəliyevin şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən qüvvəsində saxlayıb. 

C.H.
www.ÇıxışYolu.Com