Sinqapurda kişi insan həyatını təhlükəyə atan qanunsuz davranışa görə 11 həftə həbs cəzası alıb və sürücülük vəsiqəsindən iki illik məhrum edilib.
Məhkəmə hökmü oktyabr ayının 2-də çıxarıb.
Sinqapurlu 27 yaşlı kişi 28 aprel 2018-ci ildə dostu ilə həyat yoldaşını izləmək üçün Kovan bölgəsindəki “Fragrance” hotelinə gəlib. Kişi qadının xəyanətindən şübhələnib. O, bir neçə saat sonra həyat yoldaşının 34 yaşlı Desmond Ko Vi Bun adlı birinin maşınına mindiyini görüb.
Qısqanc ər maşına tərəf qaçaraq sürücü tərəfdən ön şüşəni və qapını vurmağa başlayıb. O, cütlükdən maşından çıxmağı tələb edib. Desmond isə tələbə qarşı maşını işə salıb və yola düşüb. Xəyanətə uğrayan kişi qapıdan tutaraq qışqırmağa başlasa da, Desmond maşını saxlamayıb. Sərt döngədə qapıdan tutan kişi yol kənarına yıxılıb.
Avtomobil dayandıqda ər kapotun üstünə uzanıb. Desmond saatda 70 km sürətlə avtomobili idarə etməyə davam edib. Kişi hərəkətdə olan avtomobilin üstündə azı yarım saat uzanıb.