bc93c0c4-d574-4cbc-adbb-7663dc61867c..jpg

Sevgisi nakam qalanlar, qovuşa bilməyənlər: Azərbaycanın subay məşhurları – SİYAHI + FOTO

Baxış sayı: 438 dəfə baxılıb.

Sevgisi nakam qalanlar, qovuşa bilməyənlər: Azərbaycanın subay məşhurları –
SİYAHI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deyirlər, subaylıq sultanlıqdır.

Lent.az sultanlıq taxtından enməyən məşhurlarımız barədə məlumat verib.

34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.

33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.

55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə
quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.

40 yaşına çatan müğənni Azəri qızı Günel üç dəfə evlənməyə cəhd etsə də, nikah
masasına oturmayıb.

44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb.

62 yaşlı müğənni Şəbnəm Tapdıq da bu siyahıya daxildir.

53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.

56 yaşlı müğənni Samir Bağırov da evlənməyən məşhurlarımızdandır.

44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür.

40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.

54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.

Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay
yaşayıb, dünyadan subay köçüblər.

Xanəndə Seyid Şuşinski. 76 yaşında vəfat edib. Gəncliyində sevgi oxu daşa
dəydiyindən ömürlük subay qalıb.

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva 63
yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə
cavabsız sevgi yaşadığı deyilir.

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva 78
yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf
Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül
verməyib.

Şair Məhəmməd Hadi də evlənməyənlər sırasındadır. O, 41 yaşında vəfat edib.

Hüseyn Cavidin qızı Turan Cavid 77 yaşında vəfat edib. Ənvər Məmmədxanlı ilə
sevgili olub. Atası xalq düşməni elan edildiyi üçün bu evlilik baş tutmayıb.

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında ailə həyatı qurmadan vəfat edib. O, Turan
Cavidlə sevgili olub.

Akademik Azad Mirzəcanzadə 80 yaşında vəfat edib. O da heç vaxt ailə həyatı
qurmayıb.

Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında vəfat edib. O da heç
vaxt evlənməyib.

Source link