Sevil və Sevinc bacıları Vüsalə Əlizadə ilə söz davasına çıxdılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xəzər” televiziyasında Vüsalə Əlizadənin təqdimatı ilə yayımlanan
verilişlərdən birində qalmaqallı anlar yaşanıb.
Cixisyolu.com xəbər verir ki, verilişin qonağı olan Sevil və Sevinc bacıları ilə
aparıcı Vüsalə Əlizadə arasında söz davası yaşanıb.
Aparıcı Vüsalə Əlizadə bacılardan yemək hazırlamalarını istəyib. Bacılar
etiraz ediblər. Müğənni bacılar bu təklifin doğru olmadığını deyiblər:
“Burada çalışan hər kəsə böyük hörmətimiz var. Bir çox insanlar bizim
xasiyyətimizi bilir. Biz müğənniyik. Efirə ifa üçün gəlirik, yemək bişirmək
üçün yox. Allaha şükür hər kəs əl qabiliyyətimizi də bilir. Bu fikrimizlə
hörmətsizlik etmirik. Hər bir şəxsin öz seçimi var. Biz öncədən sizin
komandanıza bildirmişdik, sizə deyilməyibsə, komandanızın problemidir”.
Aparıcı Vüsalə Əlizadə verilişin formatının belə olduğunu vurğulayıb:
“Siz verilişin formatına hörmət etməlisiniz. Hərə öz işinin peşəkarıdır.
Formatımıza uyğun olaraq bu çox da normal haldır. Verilişdə yaşca sizdən
böyüklər, xalq artistləri belə yemək hazırlayıblar. Bu hörmətsizlikdir. Mənim
iş təcrübəm, yaşım da sizdən böyükdür.”.
Qeyd edək ki, sonda gərginlik səssizliklə sonlanıb.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid