Bir müddət öncə Xəzər TV-də aparıcılıq etdikləri “Hər şey daxil” proqramından ayrılan Sevil və Sevinc Səfərovalar yenidən efirə qayıtmaq istəyirlər.
ÇıxışYolu.Com xəbər verir ki, onlar “Instagram” hesablarında yeni veriliş açacaqlarının siqnalını veriblər:
“Yenidən hər səhər görüşəkmi? Tam fərqli bir proyekt olsun. Siz də bizim üçün, bizim darıxdığımız kimi darıxmısınız”.
Qeyd edək ki, bacılar 4 il eyni proqramla Xəzər TV-nin ekranlarında olub. Onlardan sonra veriliş aparıcılığını isə prodüser Tarix Əliyev edir.