“Sevilya” baş məşqçisini qovdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sevilya”nın baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.
Klub uruqvaylı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona
gələcək işlərində uğurlar arzulayıb.
48 yaşlı Alonso oktyabr ayından “Sevilya”nı çalışdırıb. Onun rəhbərliyi
altında İspaniya klubu 14 oyun keçirib, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə
edib, 7 görüşdə isə uduzub.
Dekabrın 16-da “Sevilya” La Liqanın 17-ci turunda evdə “Xetafe”yə məğlub olub.
(0:3). Əndəluslular 13 xalla İspaniya çempionatında 16-cı pillədə qərarlaşıb.
Bundan əlavə isə “Sevilya” Çempionlar Liqasının B qrupunda 2 xalla sonuncu
pilləni tutub və avrokuboklardan kənarda qalıb.
Mənbə: sport-express.ru