64046598-ca7d-4225-a17d-efc5c14f88fb..jpg

“Sevilya”nın ulduzundan “Fənərbağça”nın gənc oyunçusuna jest

Baxış sayı: 1. 087 dəfə baxılıb.

“Sevilya”nın ulduzundan “Fənərbağça”nın gənc oyunçusuna jest

Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Fənərbağça” – “Sevilya”
oyunundan sonra Türkiyə klubunun futbolçusu Arda Güler rəqib oyunçu İvan
Rakitiçlə formasını dəyişmək istəyib.

Gənc yarımmüdafiəçi xorvatiyalı ulduzu gözləsə də, onu görməyib. Daha sonra
Rakitiç məsələdən xəbər tutub. O, “Fənərbağça”nın paltardəyişmə otağına gedərək
formasını Ardaya verib.

Sözügedən matç İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin ilk oyunda 2 cavabsız qolla qalib gələn əndəlüslülər 1/4 finala
yüksəliblər.

Mənbə: “De Marke Sports”

Source link