3cc46115-4abb-451e-b3b4-cd88f4956b77..jpg

Sevinc Çılğının sehirli “Adagio”su – FOTO/VİDEO

Baxış sayı: 356 dəfə baxılıb.

Sevinc Çılğının sehirli “Adagio”su – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat konserti keçirilib.

“Adagio” adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş
tutub.

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının – “Adagio”un təqdimatı ilə
başlayan gecə, daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edib.

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir
kompozisiyaları səsləndirilib. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının
sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar
Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz
Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova,
Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış ediblər.


Source link