Sevinc Hüseynova: Bizim federasiya digərlərinə qarışmayacaq

Sevinc Hüseynova: Bizim federasiya digərlərinə qarışmayacaq

Baxış sayı: 2. 632 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, Azərbaycanda Məktəb İdmanı Federasiyası yaradılıb.

Federasiyanın prezidenti, millət vəkili Sevinc Hüseynova ÇıxışYolu.Com-a hələ başçılıq etdiyi quruma baş katib vəzifəsinin təyin edilmədiyini və məktəblilərin 14-18 yaş aralığında olacağını bildirib.

Sevinc Hüseynova onu da bildirib ki, onların federasiyası digər idman federasiyalarının işinə qarışmayacaq:

“Bu federasiyaların hər biri müstəqil şəkildə öz fəaliyyətini aparır. Digər federasiyaların bizimkindən fərqi ondadır ki, onlar peşəkar idmançılar hazırlayır. Bizim federasiya isə kütləviliyi, gənclərin idmana cəlb olunmasını qarşısına məqsəd qoyub. Təbii ki, bizim federasiyanın keçirdiyi çempionatlarda qalib olmuş şagirdlərə imkan olacaq ki, Gimnaziada, eləcə də dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etsinlər.

Gimnaziada iki ildən bir 10 idman növü üzrə keçirilir. Ancaq məktəblilər üçün 43-dən çox idman növlərinin keçirildiyi ayrı-ayrı turnirlər var. Sözsüz ki, bizim məktəblilər də həmin turnirlərdə iştirak edəcəklər”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com