f7f3ced5-9149-4b46-bd0c-bb1aa4544741..jpg

Şeyma Subaşı ilk dəfə paltaryuyan maşından istifadə etdi: “Öz axmaqlığıma o qədər gülürəm ki…” – FOTO

Baxış sayı: 377 dəfə baxılıb.

Şeyma Subaşı ilk dəfə paltaryuyan maşından istifadə etdi: “Öz axmaqlığıma o
qədər gülürəm ki…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirli iş adamı Mohammed Alsaloussi ilə evliliyini bitirən məşhur türkiyəli
bloqer Şeyma Subaşı sosial şəbəkədəki paylaşımları ilə gündəmdə qalmağa davam
edir.

Şəxsi həyatı və sosial media paylaşımları ilə hər zaman diqqət mərkəzində olan
Şeyma bu dəfə paltaryuyan maşından istifadə etməyə çalışıb və bununla da sosial
şəbəkə istifadəçilərinin dilinə düşüb.

Bloqer bildirib ki, bu onun paltaryuyan maşından ilk istifadə təcrübəsidir. O,
həmçinin bu anları izləyciləri ilə paylaşıb. “İlk paltaryuyan maşın macəram. Öz
axmaqlığıma o qədər gülürəm ki…” – deyə Subaşı paylaşımına şərh verib.

Görüntülərdə Şeyma paltaryuyan maşının qapısını açmaqda çətinlik çəkib. Bəzi
izləyicilər buna inanmayıb və onun rola girdiyini iddia edib. Bəzi sosial
şəbəkə istifadəçisi isə başqa məqama təəccüblənib. “Təkcə bir paltar üçün
maşını işə salmaq olarmı?” – deyə təəccüblərini ifadə ediblər.

Qeyd edək ki, Şeyma Subaşı misirli iş adamı Mohammed Alsaloussi ilə 3 gün 3
gecəlik toyundan təxminən 5 ay sonra boşanıb.

Mənbə: Haber Global

Source link