Zaqataladakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 99 afterşok qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, afterşokların hamısı zəif olub:
“Afterşokların heç biri hiss olunmayıb və hazırda davam edir”.
10:22
Azərbaycanın Zaqatala rayonunda dünən axşam saatlarında baş verən güclü zəlzələdən sonra bu gün səhər saatlarında yeddi afterşok qeydə alınıb.
Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
“Dünən zəlzələ yerli vaxtla 22:40-da yerli 2 kilometr dərinliyində baş verib. Maqnitudası 5.5 bal olub. Səhər saatlarında isə zəif afterşoklar qeydə alınıb və bunlar hiss olunmayıb”, – o deyib.
Qeyd edək ki, yeraltı təkanlar Azərbaycanın şimal-qərb rayonlarında da hiss olunub. Bəzi rayonlarda kiçik dağıntılar olub.
Əli Məmmədov
www.ÇıxışYolu.Com