89f8a11b-43e0-4bdc-8f19-456a46678e5e..jpg

Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi – FOTO

Baxış sayı: 520 dəfə baxılıb.

Şeyx Heydərin Xızıda məhv olan məqbərəsi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Ağdərə kəndində
yerləşən məqbərəsi dağılıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi
Fariz Hüseynov bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət
abidələri siyahısına daxil edilməyib:

“Türbə Nazirlər Kabinetinin 2 avqust 2001-il tarixli qərarı ilə dövlət
tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil
deyildir. Buna baxmayaraq, ölkə ərazisində olan və həmin siyahıda yer almayan
abidələrin aşkar olunaraq qeydiyyata götürülməsi istiqamətində aparılan
monitorinqlər davam etdirilir. Son illər aparılmış monitorinqlər nəticəsində
1700-dək abidə aşkar olunaraq tarixi abidələr siyahısına daxil edilib. Eləcə də
Xızı rayonu üzrə 64 abidə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Yeni
aşkar olunmuş bütün abidələrin dövlət tərəfindən mühafizə olunan
tarix-mədəniyyət abidələri siyahısına daxil edilməsi üçün müvafiq dövlət
orqanlarına təqdim olunacaq. Bundan sonra həmin abidələrin təmir-bərpa,
konservasiya, restavrasiyası istiqamətində işlərin həyata keçirilməsi nəzərdə
tutulur”.

Qeyd edək ki, 1488-ci ildə Şahdağın ətəyində Şirvanşahların birləşmiş
qüvvələri ilə qızılbaş qoşunları arasında baş vermiş döyüş nəticəsində
öldürülən Şeyx Heydər müridləri tərəfindən elə orada da dəfn olunub. Sonradan
onun qalıqları Ərdəbilə aparılıb.

Source link