Daha bir problem yalançı mollalarla bağlıdır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
O bildirib ki, QMİ-də rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fitva verirlər:
“Qeydiyyatdan keçməyənlər molla əvəzi işləyirlər. Bu da şəriətin əleyhinədir. Dini mərasimlərin sırf mollalar tərəfindən aparılmasına diqqət edilməlidir”.