“Shamkir Chess 2019” superturnirində iştirak edən şahmatçıların real ölçüdə fiqurları hazırlanıb.
Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən yeddinci turdan əvvəl şahmatçılar “əkiz”ləri ilə görüşüb, şəkil çəkdiriblər.
Xatırladaq ki, Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019”superturnirində altı turdan sonra Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar.
Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var.
Turnirə aprelin 9-da yekun vurulacaq.