“Shamkir Chess” : Şəhriyar Məmmədyarov Ananda uduzub sonuncu oldu

Baxış sayı: 3. 632 dəfə baxılıb.

“Shamkir Chess” : Şəhriyar Məmmədyarov Ananda uduzub sonuncu oldu

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” turnirində III turun görüşləri keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb – 0:1.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov isə çinli Dinq Lirenlə heç-heçə edib – 0,5:0,5. Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.

III tur

Sergey Karyakin (Rusiya) – Veselin Topalov (Bolqarıstan) 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) – Dinq Liren (Çin) 0,5:0,5

Alekandr Qrişuk (Rusiya) – Aniş Qiri (Hollandiya) 0,5:0,5

David Navara (Çexiya) – Maqnus Karlsen (Norveç) 0:1

Vişvanatan Anand (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) 1:0

Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.