Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində IV turun görüşləri keçirilib.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbov Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Çexiyalı David Navara ilə qarşılaşan Şəhriyar Məmmədyarov da görüşünü heç-heçə ilə başa vurub. IV turda keçirilən bütün görüşlər bərabərliklə bitib.
“ShamkirChess 2019” IV tur
Veselin Topalov (Bolqarıstan) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Dinq Liren (Çin) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
Sergey Karyakin (Rusiya) – Alekandr Qrişuk (Rusiya) – 0,5:0,5
Aniş Giri (Hollandiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – David Navara (Çexiya) – 0,5:0,5
Qeyd edək ki, 4 turdan sonra Maqnus Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edir. 2,5 xalı olan Dinq Liren və Sergey Karyakin 2-3-cü, 2 xalı olan Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 4-6-cı yerləri bölüşdürürlər. 1,5 xalı olan Aniş Giri, Aleksandr Qrişuk, David Navara və Şəhriyar Məmmədyarov 7-10-cu yerlərdədirlər.