Çinin əsas qanunverici orqanı – Ümumçin xalq nümayəndələri məclisinin deputatları konstitusiyaya edilmiş düzəlişi təsdiqləyib.
ÇıxışYolu.Com “Associated Press”ə istinadən xəbər verir ki, yeni düzəliş Çin Xalq Respublikası sədrinə hər hansı məhdudiyyət olmadan beş ildən bir başçı seçilməyə imkan verir.
Konstitusiya düzəlişindən əvvəl, Çində hər hansı şəxs yalnız 2 müddətə (beş il) sədr seçilə bilərdi.