Si Çinpin yenidən Çinin sədri seçilib

Si Çinpin yenidən Çinin sədri seçilib

Baxış sayı: 6. 895 dəfə baxılıb.

Çin Milli Xalq Konqresində səsvermə keçirilib və Si Çinpin yenidən ÇXR-in dövlət başçısı seçilib.

ÇıxışYolu.Com xəbər verir ki, səsvermə parlamentdə baş tutub.

Bu, Si Çinpinin ikinci dönəm rəhbərliyi olacaq (2018-2023).

Paytaxt Pekinin Böyük Xalq Salonunda baş tutan səsverməyə 2 min 970 nümayəndə qatılıb və o, yekdilliklə dövlət rəhbərliyinə layiq görülüb.

Xatırladaq ki, ötən həftə Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib.

www.ÇıxışYolu.Com