Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi: “Müharibə olmasın, qan tökülməsin”
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Cixisyolu.com xəbər verir ki, o, iş adamı Ruhiyyə Əliyeva ilə birgə Şəhidlər
xiyabanına gəlib. Kövrək anlar yaşayan ifaçı Bakıdakı “Türk şəhidliyi”
abidəsinə də baş çəkib.
Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman
unudulmayacağını dilə gətirib:
“Mütləq ziyarət etməli idim. Yoxsa rahat olmazdım. Allah bizə elə anları bir
də yaşatmasın. Ruhları şad olsun. Heç vaxt unudulmayacaqlar.
Dostum Ruhi xanımın sayəsində ziyarətim baş tutdu. Bakıya gələndə fürsət
düşdükcə belə ziyarətlərimin olmasını istəyirəm. Bu, çox ağırdır. Hər birinin
məkanı cənnətdir”.
“Əbədi acıdır. Acı unudulmur, getdikcə böyüyür. Bir qədər öncə şəhidlərdən
birinin yaxınını gördüm. Çox pis oldum. Arzum budur ki, heç zaman qan
tökülməsin. Müharibə olmasın. Ruhları şad olsun”, – deyə sənətçi sonda əlavə
edib.
Nəzrin Vahid