Siçana insan beyni köçürüldü

Siçana insan beyni köçürüldü

Baxış sayı: 2. 292 dəfə baxılıb.

Amerikalı alimlər təcrübə siçanlarına insan beyninin hüceyrələrini köçürüb. Onlar bu implantasiyanın gəmiricilərin davranışlarına hansı şəkildə təsir göstərdiyini araşdırıb.

ÇıxışYolu.Com xəbər verir ki, tədqiqat haqqında məqalə “Nature Biotechnology” jurnalında dərc olunub.

Bioloqlar sınaq şüşəsində yetişdirilmiş mərcimək dənəsi ölçüsündə olan insan beyni orqanoidlərini siçanın kəllə beyninə köçürüb.

“Mini-beyin” gəmiricilərin beyninin bir hissəsini qismən əvəz edib.  Nəticədə sinir hüceyrələri nəinki sağ qalıb, hətta inkişaf etməyə başlayıb.

 233 gündən sonra onların beyin strukturu və yetkinliyi yenidoğulmuş körpənin beyni ilə demək olar ki, eyni səviyyəyə çatıb.

Alimlər hesab edir ki, tədqiqatın nəticələri regenerativ tibb sahəsində bir inqilaba yol aça bilər: yetişdirilmiş hüceyrələr gələcəkdə insanlara köçürülə bilər.

.
www.ÇıxışYolu.Com