49ac0513-0ff0-435c-952c-d0057a761815.webp

Sidneydə 10-dan çox çimərlik neft çirklənməsi səbəbindən bağlanıb

Baxış sayı: 180 dəfə baxılıb.

Sidneydə 10-dan çox çimərlik neft məhsulları ilə çirklənmə səbəbindən bağlanıb.

Cixisyolu.com bu barədə TASS-a istinadən xəbər verir.

Avstraliyanın Yeni Cənubi Uels ştatının Ətraf Mühitin Mühafizəsi İdarəsi (NSW
EPA) sahildə neftin zibil və dəniz suyu ilə təmasından yaranan minlərlə qatran
topasının aşkar edildiyini bildirib.

Sidneyin cənub-şərqində yerləşən şəhər çimərliklərinin yoxlanılması zamanı
orada neft məhsulları və zibildən ibarət qara topalar aşkarlanıb.

“Çirklənmə qeydə alınan çimərliklərin ümumi sayı 11-ə çatıb. Bu istirahət
yerlərinin hamısı qismən və ya tamamilə ziyarətçilər üçün bağlanıb”, – idarədən
bildirilib.

Qeyd olunub ki, hazırda NSW EPA əməkdaşları çirklənmə mənbəyinin axtarışı və
onun ətraf mühit və cəmiyyət üçün yaratdığı təhlükənin təhlilini aparırlar.

Topaların ilk aşkar edildiyi Rendvik şəhər rayonunun bələdiyyəsindən
bildirilib ki, çimərliklər zibilin toplanması və utilizasiyası başa çatanadək
bağlı olacaq.

Source link