3206a48b-9bde-4c9f-bd4a-59138aacc577..jpg

“Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” təsdiqlənib

Baxış sayı: 468 dəfə baxılıb.

“Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçıların investisiya
əməliyyatları ilə bağlı Qayda”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar

imzalayıb.

Qərara əsasən, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb
və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən
vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması
qaydalarını müəyyən edir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim
etsin.

Source link