Sığortada yığılan vəsaitlərin istifadə təyinatları müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Sığortaçı tərəfindən
formalaşdırılan qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə
təyinatları haqqında Qayda”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Eyni zamanda, ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının
təsdiqlədiyi 3 iyun 2019-cu il tarixli “Qarşısıalınma tədbirləri fondunda
yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar” ləğv
edilib.
Qərara əsasən, qarşısıalınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə
ayrılıqda hesablanacaq və bu qaydada nəzərdə tutulmuş təyinatlar üzrə istifadə
olunacaq.
Belə ki, fonda yığılmış vəsait maarifləndirici, eləcədə təbliğat və təşviqat,
təklif və dəstək verilməsi məsələlərinə xərclənəcək.
AMB-nin Hüquq departamentinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması
tapşırılıb.