Şikar Bədəlov “Qəhrəmanlıq döyüşü”nə çıxacaq

Şikar Bədəlov “Qəhrəmanlıq döyüşü”nə çıxacaq

Baxış sayı: 2. 572 dəfə baxılıb.

İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle” (Qəhrəmanlıq döyüşü) keçiriləcək. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyirmi ölkə idmançısının mübarizə aparacağı döyüşdə Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı, bir sıra yarışların qalibi Şikar Bədəlov təmsil edəcək. 

Qeyd edək ki, Şikar Bədəlov XXI “Heroic battle” döyüşünün qalibi olub.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com