Vətəndaşlardan silah-sursat götürülüb.
Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən bir ədəd “F-1” qumbarası, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan bir ədəd tapança, bir ədəd patron darağı və doqquz ədəd müxtəlif çaplı patron, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və beş ədəd patron, Ucar RPŞ-nin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi götürüblər.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.