Şimal rayonlarına güclü qar yağıb – FOTO

Şimal rayonlarına güclü qar yağıb – FOTO

Baxış sayı: 2. 713 dəfə baxılıb.

Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək düşüb.

Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

www.ÇıxışYolu.Com