Şimali Kiprin xarici işlər naziri Azərbaycana gəlib
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu
Azərbaycanda səfərdədir.
APA xəbər verir ki, o, sabah Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq
Təşkilatının 27-ci Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana
gəlib.