Şimali Koreya Azərbaycanı geridə qoydu

Şimali Koreya Azərbaycanı geridə qoydu

Baxış sayı: 8. 475 dəfə baxılıb.

Milli komandaların FIFA reytinqi açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan yığması səkkiz pillə geriləyib.

Qurban Qurbanovun yetirmələri 243 xalla planetin 127-ci komandasıdır. Azərbaycan yığmasını Koreya Xalq Demokratik Respublikası, Yeni Zelandiya, Mərkəzi Afrika Respublikası, Filippin, Malavi, Tacikistan, Bəhreyn və Qvatemala keçib. 

Qeyd edək ki, Almaniya, Braziliya və Portuqaliya yenə ilk “üçlüy”ü tamamlayır. “Onluq”da Polşa bir pillə qalxaraq İspaniya ilə VI sıranı bölüşdürməyə başlayıb.

Millimizin bu ay yoldaşlıq görüşlərində qarşılaşacağı Belarus 93-cüdürsə, Makedoniya bir pillə enərək 75-ci sıraya düşüb. Millətlər Liqasındakı rəqiblərimizdən Kosovo dünyanın 176-cı (bir pillə qalxıb), Farer adaları 97-ci (bir pillə enib) və Malta 185-ci komandasıdır.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com