KXDR-nın nümayəndə heyəti Vaşinqtona səfər edib və hazırda Ağ Evdədirlər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Nümayəndə heyətinə Koreyanın Əmək partiyasının mərkəzi komitəsinin sədr müavini general Kim Yon Çxol başçılıq edir.
Elçilərin ABŞ prezidenti Donald Trampa KXDR lideri Kim Çen Inın məktubunu təqdim edəcəyi bildirilir.
Məlumata görə, məktubda Şimali Koreya lideri Trampla görüşün keçirilməsində maraqlı olduğunu ifadə edir.
Məktubun prezidentə təqdim olunmazdan əvvəl çoxsaylı təhlükəsizlik prosedurlarından keçəcəyi xəbər verilir.