Şimali Koreya “düşmənin paytaxtını” vura bilən artilleriya təlimləri keçirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şimali Koreya Xalq Ordusunun bölmələri Kim Çen Inın rəhbərliyi altında
irimiqyaslı artilleriya təlimləri keçirib.
Məlumata görə, təlim çərçivəsində Seula zərbə endirməyə qadir olan
uzaqmənzilli silahlardan atəş açılıb.
Təlimlərdə KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam və KPA Baş
Qərargahının rəisi Li Yonq Gil də iştirak ediblər. Manevrlər “düşmənin
paytaxtını hücuma məruz qoyan” uzaqmənzilli artilleriya birləşmələrinin atəşi
ilə başlayıb. Onların məqsədinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək
qabiliyyətini sınaqdan keçirmək və qiymətləndirmək olduğu bildirilir.
Mənbə: kommersant