Şimali Koreyanın konstitusiyasında dəyişiklik edilib.
“Rosbalt”ın xəbərinə görə, Konstitusiyanın dövlət başçısı Kim Çen İnin səlahiyyətlərini müəyyənləşdirən “Dövlət aparatı” adlı maddəsinə dəyişiklik olub.
Ona “Bütün Koreya xalqının yekdil iradəsinə uyğun olaraq” Ali Xalq Məclisi tərəfindən seçilmiş Respublikanın Ali Lideri statusu verilib.
Müvafiq düzəlişlər Şimali Koreyanın Ali Xalq Məclisinin deputatları tərəfindən yekdilliklə təsdiqlənib. Artıq Kim Çen İnin Xalq Məclisinin deputatı seçilməyəcəyi də qeyd olunub.
Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, bu dəyişikliklər Kim Çen İnin partiya, dövlət və Silahlı qüvvələrin Ali Lideri statusunu möhkəmləndirib.