Şimali Koreya liderinin Braziliya pasportu olub

Şimali Koreya liderinin Braziliya pasportu olub

Baxış sayı: 3. 666 dəfə baxılıb.

Şimali Koreya lideri Kim Çen Inın Braziliya pasportunun olduğu barədə iddialar yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Reuters” agentliyinə Avropa xüsusi xidmət orqanlarından bu barədə məlumat daxil olub. 

Məlumata görə, 90-cı illərdə Kim Çen In başqasının adına olan həmin pasportla Qərb ölkələrinə səyahət üçün viza almağa çalışıb. Oxşar pasportdan KXDR liderinin atası, keçmiş dövlət başçısı Kim Çen İrdə də olub.

“Reuters” agentliyi həmin pasportların səhifələrinin surətini dərc edib. Həmin sənədlərə görə, pasportların sahibləri guya San Paulo şəhər sakinləri – Cozef Pvaq və İcon Çoydur. Fotoda  Kim Çen In və onun atasına bənzəyən şəxslər əks olunub.

Hər iki pasport 1996-cı ildə Braziliyanın Praqadakı səfirliyi tərəfindən verilib.

Həmin pasportların sahiblərinin viza almaq üçün azı iki Qərb dövlətinin səfirliyinə müraciət etdiyi bildirilir. Viza ərizələrinin təmin olunub-olunmadığı bəlli deyil.

Braziliya XİN məsələnin araşdırıldığını bildirib.

www.ÇıxışYolu.Com