Şimali Koreya nüvə silahından imtina etməyə hazırdır

Şimali Koreya nüvə silahından imtina etməyə hazırdır

Baxış sayı: 3. 623 dəfə baxılıb.

KXDR bəyan edib ki, ABŞ-la Koreya yarımadasının denuklerizasiyası barədə danışıqlara hazırdır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Denuklerizasiya məsələsini KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşü zamanı müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl KİV rəsmi Vaşinqton və Pxenyan arasında gizli danışıqların aparıldığı və iki ölkə lideri arasında görüşün planlaşdırıldığı barədə məlumat yayıb.

www.ÇıxışYolu.Com