Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Cje İn ilə görüş zamanı bəyan edib ki, ABŞ-la nüvə silahı müharibəsi başa çatdıqdan sonra müqavilə imzalamağa ehtiyac qalmayacaq.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Şimali Koreya liderinin sözlərini mətbuat katibi sitat gətirib:
“ABŞ-la tez-tez görüşlərimiz baş tutarsa, müharibənin başa çatmasına nail olunarsa, o zaman nə üçün nüvə silahına sahib olaraq ağır şərtlərdə yaşayaq?”
Kim Çen In həmçinin qeyd edib ki, ABŞ-a qarşı çıxış etməsinə baxmayaraq o, Amerika, Cənubi Koreya və ya Sakit Okean regionuna bomba atmaq istəyən şəxs deyil.