Şimali Koreya ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı ilə Pxenyanda aparılan danışıqların nəticəsindən təəssüf hissi keçirdiyini bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, Vaşinqton Pxenyandan, onun raket-nüvə proqramının ləğvi ilə bağlı birtərəfli addımlar atmasını tələb edir ki, bu Şimali Koreya üçün məqbul deyil.
Məlumatda qeyd edilir ki, Şimali Koreya nüvə silahından imtina etmək ideyasına sadiqdir, amma Vaşinqtonun yanaşması bu məqsədə çatmağa xidmət etmir.
Pompeo bundan əvvəl Pxenyanda apardığı danışıqların səmərəli, uğurlu olduğunu bəyan eləmişdi. ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bundan əvvəl qeyd eləmişdi ki, konkret məsələləri həll etmək üçün işçi qrup yaradılması barədə razılıq əldə olunub.